1 sentyabr 2023 at 18:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85217458
T T
0 Persons

Tags

İranlı yeniyetmə taekvondoçular dünyanın ən üstün pilləsində

1 sentyabr 2023 at 18:36
Xəbər kodu: 85217458
İranlı yeniyetmə taekvondoçular dünyanın ən üstün pilləsində

Tehran - İRNA - İranın qızlardan ibarət milli komandası yeniyetmələr arasında dünya çempionatında bütün rəqiblərindən üstün olub.

İRNA-nın məlumatına görə, 28 avqustda Bosniya və Herseqovinanın ev sahibliyi ilə Sarayevodakı “Hills” otelində 73 ölkədən 622 taekvondoçunun iştirakı ilə başlayan yeniyetmələr arasında taekvondo üzrə 6-cı dünya çempionatı 31 avqust cümə axşamı günü İranın qızlardan ibarət komandasının çempionluğu ilə başa çatıb.

İran taekvondosunun perspektivli şir qızları üç qızıl və üç gümüş medal qazanaraq, bütün iddiaçılardan daha üstün yeri tutublar və ardıcıl üçüncü dəfə dünya çempionu tituluna yiyələniblər. Cənubi Koreya ikinci olub, Qazaxıstan, Xorvatiya və İtaliya da üçüncü-beşinci yerləri bölüşüblər.

Rojan Sufi, Hana Zərrinkəmər və Seyyidə Kimya Məhəmmədi üç qızıl medal, Ayla Cəlili, Kövsər Ocaqlu və Helya İbrahimyan da İranın qadınlardan ibarət komandasına üç gümüş medal qazandırıblar.

Oğlanlar qrupunda Qazaxıstanın çempion olub. İkinci yeri Özbəkistan qazanıb. İtaliya, Cənubi Koreya və İran milli komandası bir qızıl və iki bürünclə üçüncü-beşinci yerlri tutublar.

Oğlanlar bölməsində İran milli komandasının yeganə qızıl medalını Məhəmməd Hüseyn Təqipur qazanıb. Seyid Mir Abbas Hüseynifər və Yasin Cəfəri də iki bürünc medal qazanıblar.

Dünya yarışlarında millinin baş məşqçisi Nilufər Səfəryan olub. Pərvin Keşavərz və Seyyidə Fatirə Mütəhhəri də ona məşqçi kimi kömək ediblər. Oğlanlar qrupunda isə Məhəmməd Əzizi baş məşqçi olub. Yusif Cəngcu və Məhəmməd Ələvi onu məşqçi kimi müşayiət edirdilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .